Onlayn ödəniş ilə turizm elanları saytı

Sayt haqqında


www.istirahet.az saytı istirahət və ya səyahət etmək istəyənlər (turistlər) ilə öz xidmətlərini təklif edənlər arasında ünsiyyət yaratmaq üçün gözəl imkanlar yaradan bir platformadır.

Saytımız Bakıda və bölgələrdə yerləşən, əsasən az tanınan, müştəri cəlb etməkdə çətinlik çəkən istirahət mərkəzləri, otellər, restoranlar, istirahət edənlərə və xarici qonaqlara kirayə ev və ya mənzil təklif edənlər üçün yaxşı imkanlar təqdim edir.

Bu tip elanlar yerləşdirilən digər saytlardan fərqli olaraq www.istirahet.az saytı yalnız turzim xidmətləri təklif edən elanları təqdim edir.

Saytımız sizin verəcəyiniz elanları nəinki ölkəmizdə, həmçinin Rusiya, Ukrayna, Belarusiya, İran, ərəb ölkələri və Azərbaycana maraq göstərən digər ölkələrdə də yaymaqla xarici turistlərin cəlb edilməsi üçün işlər aparır. Siz təkcə elan verməklə kifayətlənmirsinizsə, bu zaman sizə vasitəçilik xidmətimizidə təklif edə bilərik.

 

Bələdçilik xidməti


Son illərdə Azərbaycanda turizm artıq perspektivli bir sahəyə çevrilərək sürətlə inkişaf etməkdədir. Saytımızda bu sahədə öz tövhəsini vermək üçün ölkəmizdə ilk dəfə olaraq bələdçilik (gid) xidməti elanlarının yerləşdirilməsi üçün bir platforma yaratmışdır.

Bir və ya bir neçə xarici dil bilən, ölkəmizin ərazisini, istirahət mərkəzlərinin, otellərin, tarixi-mədəni yerlərin və turistləri cəlb edəcək digər obyektlərin yerləşmə yerlərini bilən fərdi turizm mütəxəssisləri və digər şəxslər öz elanlarını verməklə ölkəmizə gələn turistlərə bələdçilik xidməti göstərərək yaxşı gəlir əldə edə bilərlər.

Siz turistlər üçün bir neçə şəhərə (bölgəyə) ekurskursiya proqramları və bələdçilik xidməti, həmçinin əlavə olaraq şəxsi sürücü, tərcüməçi, fotoqraf, alış-veriş məsləhətçisi, daşınmaz əmlak mütəxəssisi kimi xidmətlər və öz evinizdə qonaqlama  təklif edə bilərsiniz.

Eyni zamanda xarici ölkələrə işgüzar səfərə və ya istirahətə gedən vətəndaşlarımız üçündə tanıdığınız xarici ölkələr (şəhərlər) üzrə bələdçi (gid) xidmətinizi təklif edə bilərsiz. Bu tip elanları təkcə Azərbaycan vətəndaşları deyil, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar və digər şəxslərdə verə bilərlər.

 

İstirahət edənlər üçün


Siz istirahət və ya səyahət etmək üçün saytın imkanlarından istifadə edərək seçim aparmaqla daha keyfiyyətli və cibinizə uyğun xidmətlər seçə bilərsiz. Seçim aparmaqda çətinlik çəkənlər üçün əlaqə vasitələrimiz həmişə açıqdır.

Peşəkar bələdçilərin xidmətindən istifadə etməklə ölkəmizdə və xarici ölkələrdə öz sərfəli səyahət proqramınızı quraraq məzuniyyətinizi yaddaqalan və rəngarəng təəssüratlarla dolu edin.

 

          Qeyd: Saytın rəhbərliyi reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.