Onlayn odəmə ilə elanlar ver

Saytımızdan hər kəsin bərabər şərtlər çərçivəsində istifadə etməsinin təmin olunması məqsədilə, elan verməzdən əvvəl saytın qaydaları ilə tanış olmaq zəruridir.

Elanları verərəkən yerləşdirdiyiniz fotoların keyfiyyətli olmasına, təklif etdiyiniz xidməti cəlbedici şəkildə nümayiş etdirdiyinə, elanda qeyd olunmuş məlumatların qısa və oxunaqlı olmasına diqqət yetirin. Unutmayın ki, elanınızın görünüşü xidmətinizin keyfiyyətini əks etdirir! 

Elanların verilməsi qaydaları


Üumumi qaydalar:

Elan doğru bölmədə yerləşdirilməlidir;

Ən azı 2 ədəd və keyfiyyətli fotoları olmayan elanlar qəbul edilmir (fotoların həcmi 2 mb-dan artıq olmamalıdır);

Verilmiş elanı digəri ilə əvəz etmək, elanı müddəti bitməmiş silmək, elanda düzəliş etmək və s. məsələlər yalnız adminstrator ilə əlaqə saxlamaqla mümkündür (telefonla və e-mail ilə). 

Eyni telefon nömrəsi və e-mail ünvanı ilə yalnız bir qeydiyyat hesabı aça bilərsiz.

Saytın rəhbərliyi istənilən istifadəçinin məlumatlarında (elanlarında) xəbərdarlıq etmədən dəyişikliklər etmək və ya silmək hüququnu özündə saxlayır;

Elanın başlığı və mətni:

Xidmət haqqında mətnin başlığı və onun məzmunu latın hərfləri ilə tərtib olunmalıdır;

Elanların təsvir qrafasında xidmətiniz haqqında biri mütləq azərbaycan dili olmaqla, rus və ingilis dillərində də qısa mətn yerləşdirə bilərsiniz;

Bələdçi (gid) elanlarında təklif etdiyiniz xarici dil üzrə də xidmətiniz haqqında qısa mətn yerləşdirə bilərsiniz;

Translitdən istifadə - rus sözlərinin latın hərfləri ilə yazılmasına yol verilmir;

Başlıqda ancaq xidmətin (obyektin) qısa və anlaşılan adı göstərilməlidir;

Elanın mətni uyğunsuz məzmundan ibarət olmamalıdır.

Elanların böyük hərflərlə doldurulmasına yol verilmir (\\\\\\\\\\\\\\\"Caps Lock\\\\\\\\\\\\\\\" qoşulmuş vəziyyətdə);

Qiymət:

Qiymət yalnız Azərbaycan manatı ilə (AZN) qəbul olunur, qiyməti başqa valyutalarda göstərmək istəyirsinizsə, bunu elanın təsvir qrafasında qeyd edə bilərsiniz;

Yalnız xidməti təklif etdiyiniz qiyməti göstərin, real qiymətləri göstərin ki, müştərinin hüquqlarını pozaraq itirməyəsiniz ;

Qiymətləri çox qaldırmayın, ucuz qiymət daha çox müştəri cəlb edir;

Otel, motel, istirahət mərkəzləri, kirayə evlər, sanatoriyalar və s. bu tip elanlarda minimal qiymətləri göstərin.

Saytda qadağandır:

Əxlaqa zidd olan və qadağan olunmuş xidmət təklifi ilə elan vermək;

Elanın fotosunda və ya təsvir qrafasında başqa bir şirkətin adının, saytının, telefon nömrəsinin və ya e-mailinin hər hansı formada göstərilməsi;

Bir neçə qeydiyyat hesabı açmaq;

Elanda saytın siyasətinə zidd (erotika, ədəbsiz ifadələr və.s) məzmundan istifadə;

Əlaqə:

Elanda göstərilən ad həqiqətə uyğun olmalıdır;

Başqa bir şəxsin telefon nömrəsi, elektron ünvanı və ya əlaqə vasitələrini göstərmək olmaz.

Əgər sizin elanınız və ya qeydiyyata alınmağınız əngəllənibsə, bu o deməkdir ki, siz qaydaları pozmusunuz. Əgər siz hesab edirsinizsə ki, əngəlləmə səhvən baş verib, o zaman 0506021169 əlaqə telefonu (hər gün Bakı vaxtı ilə saat 10:00-dan 18:00-dək) və ya info@istirahet.az  e-mail ünvanı vasitəsilə dəstək üçün müraciət edə bilərsiniz.

Mövcud qaydaların əlavə edilməsi və yenilənməsi sayt rəhbərinə məxsusdur.

Elan kateqoriyası və ödəniş qaydaları


Bütün bölmələr üzrə ay ərzində hər istifadəçidən 1 Adi elan (pulsuz elan) qəbul olunur.

Verdiyiniz Adi elan saytda 30 gün müddətində saxlanılacaqdır. Növbəti ay elanı təkrar verə və ya digər bir pulsuz elan verə bilərsiniz. Əgər elanınızda dəyşiklik etmək istəyirsinizsə adminstrator ilə əlaqə saxlayaraq köhnə elanı silib yenidən verə bilərsiniz.

Elanı Uzunmüddətli vermək üçün saytın ödənişli xidmətlərindən yararlana bilərsiz. Kiçik məbləğdə ödəniş edilərək verilmiş Uzunmüddətli elanlar bölmə üzrə və axtarış zamanı Adi elanlardan üstdə görünərək və saytın sosial şəbəkə səhifələrində yerləşdirilməklə daha çox müştəri əldə etməyinizə səbəb olacaq.

Elanınızın saytın əsas səhifəsində görünməsini, bölmə üzrə və axtarış zamanı yuxarı yerlərdə görünməsini, həmçinin saytın sosial şəbəkə səhifələrində ödənişli reklam kimi yerləşdirilməsini istəyirsizsə VİP elan xidmətindən istifadə edə bilərsiz. VİP elan verməklə siz müştərinizin sayını 5 dəfəyədək artıra biləsrsiz. VİP elan təyin olunmuş müddətdə saytın əsas səhifəsində yerləşdirilir. Yalnız şəkilli elanlar VİP oluna bilər!

VİP elan siyahısinda olan elanlar daim göz qarşısindadır. Onlara, adi elanlara nisbətən daha çox (təqribən 10-50 dəfə çox) baxılır və real qiymət qoyulduğu halda müştərinin maraq göstərməsi şansı yüksəkdir.

Saytımızda daha çox elan vermək istəyənlər və vasitəçilər (makler, rielitor, əmlak ofisi və s.) üçün xüsusi güzəştlər təklif olunur. Bünün üçün saytın rəhbərliyi ilə əlaqə saxlamaq lazmdır.